Kolbasa istehsalçılarına xəbərdarlıq ediləcək

img

04-08-2009 [01:45]


Kolbasaların təkrar monitorinqinin nəticəsi bəlli olub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, nəticələr qənaətbəxşdir: ?Ötən ay götürülən 62 adda kolbasa nümunəsinin 11-də mənfi nəticə əldə olunmuşdu. Mənfi nəticələr əldə olunan kolbasa nümunələri yenidən müayinədən keçirildi. Nəticələr qənaətbəxş olsa da, istər satış, istərsədə istehsal məntəqələrinə gələcəkdə bu cür halların qarşısının alınması üçün xəbərdarlıq ediləcək?. İ.Abdullayev həmçinin deyib ki, süd məhsullarının moniorinqi avqustun 14-15-də yenunlaşacaq: ?Artıq bir neçə məhsul nümunəsi Mərkəzin laboratoriyalarına gətirilib. Müayinələr başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA