ilham Əliyev Naxçıvan zəhərində ?Badamlı? mineral sular zavodunun açılızında iztirak edib

img

03-08-2009 [06:43]


Bu gün Naxçıvana səfər edən prezident İlham Əliyev Naxçıvan şəhərində ?Badamlı? mineral sular zavodunun açılışında iştirak edib. Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada sözgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ?Badamlı? suyuna rəy verib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zavodun məhsullarının nümunələrinə və Badamlı suyunun dadına baxıblar. Qeyd edək ki, prezident İlham Əliyev Naxçıvan səfəri ərəfəsində Muxtar Respublikasının sosial və iqtisadi inkişafında böyük xidmətlərinə görə aşağıdakı şəxslər təltif edib. ?Şərəf? ordeni ilə Həbibbəyli İsa Əkbər oğlu ?Şöhrət? ordeni ilə Vəliyev Sadıq Hüseynəli oğlu ?Tərəqqi? medalı ilə Abbasov Vüqar Zakir oğlu Abdullayev İsa Əli oğlu Hacızadə Xuraman Abdulla qızı Hümbətov Rəsul Həsən oğlu Xəlilova Əsmər Həmid qızı Qədirzadə Hacıqadir İbrahim oğlu Mustafayev Hacıəkbər Abbas oğlu ?Vətən uğrunda? medalı ilə Əliyev Rasim Məmmədəli oğlu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA