?Duzlu göl? ətrafında qanunsuz obyektlər fəaliyyət göstərir

img

03-08-2009 [05:40]


Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) əhalinin Hövsan-Zığ magistral yolunun kənarında yerləşən ?Duzlu göl?də çimməsinin qarşısını ala bilmir. Mərkəzin qadağasına baxmayaraq hər gün yüzlərlə adam müalicəvi əhəmiyyətli göldə çimir, onun dibindəki palçıqdan istifadə edir. RGEM-in şöbə müdiri Ziyəddin Kazımov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, ?Düzlü göl? ərazisində antisanitar vəziyyət hökm sürdüyündən orada çimənlərin yoluxucu xəstəliklərə tutulma ehtimalı var. Z.Kazımov deyib ki, sanitar normalara cavab verməyən gölətrafı ərazidə xeyli çayxana, yeməkxana, hamam və digər qanunsuz obyekt fəaliyyət göstərir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə və Suraxanı rayon Polis İdarəsinə müraciət edəcək. Lakin bu muraciətlərin nəticə verəcəyi şübhə doğurur. MİA-nın əldə etdyi məlumatlara görə, ?Duzlu göl? ətrafındakı qanunsuz obyektlər Suraxanı rayonuna rəhbərlik edənlərin himayəsində olduğundan onlar əhalinin həmin ərazidən istifadəsinin qarşısını almaqda maraqlı deyillər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA