Məhbus tələbələrə təhsildən möhlət hüququ verilib

img

03-08-2009 [05:37]


Ədliyyə və Təhsil nazirliklərinin razılığı ilə 2007-2008-ci tədris ilində Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan bir qrup məhkum Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının texnikumlara keçirdiyi test imtahanlarında iştirak edib. Həmin il 8 yeniyetmə məhkum imtahanları uğurla verərək tələbə adını qazınmışdı. Müstəqil İnformasiya Agentliinə daxil olan məlumata görə, məhkum tələbələrin təhsillə bağlı ciddi problemləri yaranıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov MİA-ya bildirib ki, orta ixtisas məktəblərinə qiyabi daxil olan yeniyetmə məhkumlar cəzaçəkmə şəraitində saxlanıldıqları üçün təhsillərini normal qaydada davam etdirmələri çətindir. Buna görə də Ədliyyə və Təhsil nazirlikləri arasında əldə olunan razılıq əsasında məhkum tələbələrə təhsildən möhlət hüququ verilib. Razılığa əsasən, həmin şəxslər cəza müddətində təhsillərini davam etdirməyəcəklər. Onlar yalnız cəzalarını başa vurub azadlığa çıxandan sonra təhsillərini davam etdirə biləcəklər. Penitensiar Xidmətdən onu da bildiriblər ki, bu il yeniyetmə məhkumların orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirakı planlaşdırılmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA