"Donuz qripi"nə yoluxan azərbaycanlılardan ikincisi də evə buraxılıb

img

03-08-2009 [04:14]


Bu gün "Donuz qripi" virusuna yoluxan azərbaycanlılardan ikincisi də evə buraxılıb. 15 yaşlı xəstənin vəziyyətinın yaxşı olduğu bildirilir. Məlumat üçün bildirək ki, o, 7 saylı yoluxucu uşaq xəstəxanasında müalicə edilirdi. Qeyd edək ki, iki xəstədən birincisi avqustun 1-də müalicə aldığı Respublika Taun Əleyhinə Stansiyadan çıxmışdı. Xatırladaq ki, "A H1N1" virusuna yoluxan 2 azərbaycanlı iyulun 27-də Fransadan və iyulun 29-da Böyük Britaniyadan səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinləri idi. Xəstələrdən biri - 43 yaşlarında qadın, digəri isə 15 yaşı yeniyetmədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA