?Donuz qripi?nə qarzı vaksinlər oktyabrda hazır olacaq

img

03-08-2009 [03:26]


?Donuz qripi?nin qarşısını almaq üçün Azərbaycana yetirincə ?Tamiflu? gətirilib. Bu barədə Müstəqil İnormasiya Agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilib. Mətbuat xidmətindən bildirib ki, Azərbaycana gətirilən ?Tamiflu? əhaliyə çatacaq qədərdir: ?Donuz qripi?nin qarşısını almaqdan ötrü Rusiyada və Amerikada vaksinlərin hazırlanması üçün qızğın işlərə başlanıb. Vaksinlər təxminən bu ilin oktyabr ayında tam hazır olacaq. Çünki payız aylarında qrip və başqa xəstəliklərin çoxalması ehtimalı artır. Vaksinlər hazırlanarsa, təbii ki, Azərbaycana da gətiriləcək. Bundan ötrü yəqin ki, dövlət tərəfindən vəsait ayrılacaq?. Mətbuat xidmətindən deyiblər ki, ?donuz qripi? ilə əlaqədar orta məktəblərdə tədbirlərin görülməsinə hələ ki, ehtiyac duyulmur: ?Sadəcə olaraq, orta və ali məktəblərdə maarifləndirmə işləri aparılıb, şagirdlərə və tələbələrə özünü pis hiss etdikdə, hərarətin artması hiss olunduqda, öskürək, qaytarma və ürək bulanma baş verdikdə, təcili olaraq xəstəxanalara müraciət olunması tapşırılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA