Bu gün saat 20:00-da abituriyentlərin ixtisas seçimi baza çatır

img

03-08-2009 [12:58]


Bu gün 2009-2010-cu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş və müvafiq bal toplayaraq ikinci mərhələyə keçən abituriyentlərin ixtisas seçimi başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbut xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, artıq 32 min 499 abituriyent ixtisas seçimini edib. Seçim etməyən 500-ə yaxın abituriyentin isə bu gün axşam saat 20:00-a kimi seçim etməlıdirlər. İxtisas seçimi edən abituriyentlərin 28 min 106 nəfəri Azərbaycan, 4 min 393-ü isə rus bölməsi üzrə sənəd verənlərdir. Qeyd edək ki, avqust ayının 7-dən orta ixtisas məktəblərinə sənəd qəbulu başlayacaq. Qəbul avqust ayının 11-nə kimi davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA