"Donuz qripi"nə yoluxan xəstələrdən biri bu gün evə buraxılıb

img

01-08-2009 [12:05]


Azərvbaycanda "A H1N1" virusuna (?donuz qripi?) yoluxan xəstələrdən biri bu gün evə buraxılıb. Ağciyər Xəstəlikləri İnstitutundan verilən məlumata görə, hazırda virusa yoluxan xəstələrin vəziyyəti qənaətbəxşdir. Virus aşkarlanan 2 nəfərdə ölüm təhlükəsi yoxdur. Hazırda virus onun hərarəti tam normadadır və xəstə özünü yaxşı hiss edir. Digər xəstənin vəziyyəti də normaldır. O, isə iki gündən sonra evə buraxılacaq. Qeyd edək ki, Azərbaycanda "donuz qripi"nə iki nəfər yoluxub. Onlardan birinin İngiltərə, digərinin isə Fransadan gəldikdən sonra virusa yoluxduğu aşkarlanıb. Virus daşıyıcılarından birinin 40 yaşlı qadın, digərinin isə 15 yaşlı yeniyetmə olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA