Şagirdlərimiz beynəlxalq informatika olimpiadasına yollanır

img

01-08-2009 [11:59]


Avqustun 15-də Bolqarıstanın Plovdiv şəhərində məktəblilər arasında İnformatika üzrə XXI Beynəlxalq Olimpiada keçiriləcək.Yarışmalarda informatika və proqramlaşdırma üzrə ən istedadlı məktəblilərdən ibarət Azərbaycanın informatika üzrə milli komandası da iştirak edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanlı məktəblilərdən ibarət informatika üzrə milli komandaya ?Azerfon? MMC maddi dəstək göstərəcək. Nazirlikdən bildirilib ki, belə yarışlarda iştirak Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı və bu istiqamətdə peşəkar kadr potensialının artırılması baxımından müsbət addımdır. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda prioritet sektor elan edilib. Bu sektorun davamlı inkişafının təminatı üçün ölkəyə yüksək səviyyəli mütəxəssislər lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA