1 avqust ?Azərbaycan əlifbası? günüdür

img

01-08-2009 [11:58]


2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə ?Azərbaycan əlifbası? günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın qarfikalı əlifbaya keçidlə bağlıdır. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyət qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasəti nəticəsində 70 il Azərbaycanda kiril qrafikalı əlifba tətbiq olunub. Müstəqilliyimizin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifbaya keçilib. Ümumiyyətlə Azərbaycanda əlifbanın yaradılmasının tarixi çox-çox qədimlərə gedib çıxır. Tarixi mənbəələrə görə ölkəmizin ərazisində yaşayan qədim albanların 52 hərfdən ibarət əlifbası olub. Alban əlifbası qafqaz xalqlarının yazısının formalaşmasında mühüm rol oynayıb. VII-VIII əsrlərdə ərəblərin işğalına məruz qalan Azərbaycanda ərəb əlifbasından istifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA