Deputat Azay Quliyev prezident ilham Əliyevə təzəkkür məktubu yazıb

img

31-07-2009 [07:35]


"Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Fərman imzalamışdır. Müəllifi olduğu bu qanunun qüvvəyə minməsini ictimai sektorun həyatında mühüm hadisə kimi qiymətləndirilən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərmişdir. Məktubda deyilir: ?Möhtərəm Cənab Prezident! Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 9 iyun 2009-cu ildə qəbul edilmiş ?Könüllü fəaliyyət haqqında? Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə imzaladığınız Fərmana görə Sizə vətəndaş cəmiyyəti institutları və minlərlə könüllü adından səmimi təşəkkürümü bildirirəm. Bu qanunun qüvvəyə minməsi könüllü fəaliyyətlə məşğul olan vətəndaşlarımızın hüquq və mənafelərini qorumaqla bərabər Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsi və onun ayrı-ayrı təsisatlarının sərbəst və maneəsiz fəaliyyəti üçün qanunvericilik bazasını möhkəmləndirəcəkdir. Üçüncü sektora özü ilə yeni məzmun və mahiyyət gətirən bu qanun ölkəmizdə ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdıracaq və bununla da son illər Sizin tərəfinizdən bu sahədə ardıcıl şəkildə həyata keçirilən islahatlara yeni təkan verəcəkdir.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA