?Orduda baz verən bu qanunsuzluğlara görə məsulyət Müdafiə Naziri Səfər Əbiyevin üzərindədir?

img

31-07-2009 [07:31]


?HƏDƏF? Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu son zamanlar orduda baş verən ölüm halları və özbaşınalıqlarla bağlı Müstəqil İnformasiya Agentliyinə fikirlərini bildirib: ? Azərbaycan cəmiyyəti 2009-ci ilin başlanğıcından bu vaxta qədər orduda müxtəlif qanun pozuntularının baş verdiyinin şahidi olub. İstər əsgərlərin zəhərlənmə halı, istər əsgərlərin öz zabitlərini və hərbi hissə rəhbərliyini öldurməsi istərsədə intihar halları orduda böyük özbaşınalığın olmasının açıq göstəricisidir. Bu qanunsuzluqlar gənclərdə hərbidən yayınmağa və valideyinlərin psixoloji cəhətdən qorxudulmasına xidmət edir. Müharibə şəraitində olan bir ölkə üçünsə bu biabırçılıq və xəcələtdir. Oduda baş verən bu qanunsuzluğlara görə məsulyət Müdafiə Naziri Səfər Əbiyevin üzərindədir! Bu hallar istisna hallar deyil və Azərbaycan ordusunda bu gür hallara tez-tez rast gəlinir. Bu isə müdafiə nazirinin işinin öhdəsindən gələ bilməməsi ilə əlaqədardır. ?HƏDƏF? Gənclər Koalisiyasının sədri olaraq Müdafiə Naziri Səfər Əbiyevi mədəniyyət göstərərək Azərbaycan xalqından üzr istəməyə və istefa verməyə çağırıram! Əks halda Müdafiə Naziri Səvər Əbiyev tarix önündə bu millətə cavab verməyə məcbur olacaq!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA