QHT rəhbərinə hədələyici zənglər edilir

img

31-07-2009 [02:28]


?Biz aprelin 6-da narazı QHT-lərin müdafiə komitəsini yaradanda, mənə Şuranın icraçı direktoru zəng vuraraq, dövlət əleyhinə iş gördüyümü dedi. Ancaq halbuki, biz həmin gün keçirdiyimiz tədbiri video-lentə almışdıq. Mən də Fərasət Qurbanova dedim ki, bizim hər hansı bir dövlət əleyhinə iş görmədiyimizi bilmək istəyirsinizsə, əlimizdə kaset var, ona baxa bilərsiniz?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib: ?Bundan sonra Fərasət Qurbanov fakt qarşısında qalaraq heç bir söz deyə bilmədi. Bundan bir neçə gün sonra demək olar ki, ay yarım müddətinə evimə və İctimai Birliyə anonim zənglər olunurdu. Zənglər ancaq şəhər telefonuna edilirdi, mobilə yox. Mənə deyirdilər ?Sən bilirsən ki, Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi də bizim Şuranın üzvüdür. Layihə məsələsini bir kənara qoy, get sakit yerində otur, yoxsa sənə baha başa gələ bilər?. Bundan əlavə, mənə dedilər ki, səsimi çıxartsam, onlar İctimai Birliyin qeydiyyatını ləğv edərək, Əmlak Komitəsi tərəfindən bizə verilən ofisi də əlmizdən alacaqlar. Görəsən, onlara bu səlahiyyəti kim verib? Lakin mən, abrıma qısınaraq zənglərə görə hüquq-mühafizə orqanlarına müraciət etmədim. Məhkəmədə bir daha şahid oldum ki, anonim zənglər Şura üzvləri tərəfindən edilib. Sahib Məmmədov məhkəmədə mənə dedi ki, sən əsirlərin adından istifadə edərək ofis almısan. Nəzərinizə çatdırım ki, ofis özəl deyil və həmin ofis mənim müraciətimə əsasən, Dövlət Əmlak Komitəsi tərəfindən verilib. Hər hansı bir QHT adıçəkilən quruma müraciət edirsə, ofislə təmin edilməlidir?. E.Orucova onu da bildirib ki, hazırda təşkilatın 2100 nəfər üzvü, 19 rayon təşkilatı, Qazaxıstan və Türkiyədə təmsilçiləri, Ahıska türkləri üzrə nümayəndəliyi var: ?1400 nəfər əsirlikdən qayıdıb, amma bir nəfər də olsun, psixoloji reablitasiya keçməyib. Şuranın isə dərdi odur ki, ofisimizi əlimizdən alsınlar. Onlar düşünmürlər ki, ofisi mən şəxsi hesabıma təmir etmişəm. Çünki onu Əmlak Komitəsindən təmirsiz vəziyyətdə almışdım?. E.Orucova deyib ki, ona təzyiq edənlər illərlə beynəxlaq təşkilatlardan layihələr keçirdiblər: ?Onların bank hesablarına nəzarət etsək, görərik ki, nə qədər pullar mənimsənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA