Həsən Kərimovun ikinci oğlu müəmmalı zəkildə vəfat edib, o ?kimsəsizlər qəbiristanlığında? dəfn edilibmiz

img

31-07-2009 [02:24]


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun ikinci oğlu Rəşad Kərimov müəmmalı şəkildə dünyasını dəyişib. AXCP sədrinin digər müavini Nurəddin Məmmədlinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Rəşad Kərimov böyük qardaşı vəfat etdiyi gündən ortada yox idi: ?Əslində bu hadisə ötən ayın 30-da baş verib. Həsən bəyin böyük oğlu vəfat etmişdi. Həmin gün ikinci oğlu Rəşad da yoxa çıxşdı. Oğlundan bir xəbər çıxmayandan sonra Həsən bəy polisə müraciət etmişdi. Ancaq polisə müraciət heç bir nəticə verməyib. Dünən məlum olub ki, Rəşad dünyasını dəyişib. Belə ki, Rəşad ayın 30-da, qardaşı vəfat edəndən sonra Dəniz Vağzalına tərəf gedib. İstifadə olunmayan binada ürəyi tutub, vəziyyəti pisləşib. Təcili yardım çağırıblar və onu xəstəxanaya aparıblar. Amma onu xilas etmək mümkün olmayıb. Ayın 7-də isə onu naməlum şəxs kimi dəfn ediblər. Ailəsini axtarmaq, xəbər vermək ağıllarına gəlməyib. Bu da onu göstərir ki, bu gün ölkədə insanların heç bir hüququna hörmət etmirlər?. N.Məmmədli onu da bildirib ki, R.Kərimovun meyiti basdırıldığı yerdən çıxarılaraq qardaşının yanında, Qaraçuxurdakı qəbiristanlıqda dəfn olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA