ETSN qanunsuz satılan vəhzi heyvanlarla bağlı reyd keçirib

img

31-07-2009 [01:57]


?Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları KİV nümayəndələrinin iştirakı ilə qanunsuz satılan və saxlanılan heyvanlarla əlaqədar 29-30 iyul 2009-cu il tarixlərində reydlər keçirib?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 29 iyul 2009-cu il tarixdə Bakı şəhərində yerləşən ?Təzə Bazar?-da keçirilən reyd zamanı qanunsuz olaraq vəhşi təbiətdən götürülmüş heyvanların satılması faktı aşkar edilmişdir: ?Reyd zamanı 5 ədəd kirpi, 3 ədəd çöl muymulu quşu müsadirə olunaraq götürülmüş, satıcılar Rauf Əsgərov və Cavad Cavadov barəsində törətdikləri inzibati xətaya görə protokol tərtib olunmuşdur. Götürülmüş heyvanlar Bakı şəhər Heyvanat Parkına təhvil verilib?. Mətbuat xidmətinin məlumatına görə, 30 iyul 2009-cu il tarixdə Nazirliyin əməkdaşları KİV nümayəndələrinin iştirakı ilə keçirdikləri növbəti reyd zamanı isə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən ?Pirsaat? kafesində vəhşi təbiətdən götürülmüş heyvanların qanunsuz olaraq saxlanılması faktını aşkar ediblər: ?Kafedə Azərbaycan Respublikasının ?Qırmızı Kitab?ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına düşən quş növləri aşkar olunub. Reyd zamanı tutulub saxlanılması qadağan olunmuş 1 ədəd ağbaş kərkəz, 1 ədəd bataqlıq belibağlısı, 2 ədəd hacıleylək, Azərbaycan Respublikasının ?Qırmızı Kitab?ına daxil olmuş 2 ədəd soltan toyuğu, 6 ədəd fısıldayan qu, 1 ədəd qıvrımlələk qutan, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının ?Qırmızı Siyahı?sına daxil olmuş 2 ədəd qartalça, 2 ədəd çöl muymulu quşları müsadirə olunaraq götürülmüşdür. Kafenin sahibi Məhərrəm Rəhimov barəsində törətdiyi inzibati xətaya görə protokol tərtib edilmiş, götürülmüş vəhşi heyvanlar isə Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verililib? Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu kimi tədbirləri müvafiq qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının digər rayonlarında da həyata keçirib. Belə ki, Şamaxı rayonunda keçirilən reyd zamanı ?Turist? və ?Şamaxı? restoranlarında 2 ədəd Qafqaz qonur ayısının qeyri-sərbəst şəraitdə saxlanılması aşkar edilmiş və həmin restoranların sahibləri Həsən və Hüseyn Allahverdiyevlər barəsində müvafiq sənədlər tərtib olunub. Bundan başqa Beyləqan rayonunda yerləşən ?Xan bağı? restoranında adı Azərbaycan Respublikasının ?Qırmızı Kitab?ına düşən 2 baş ceyranın qanunsuz saxlanılması faktı aşkar edilmiş və heyvanlar götürülərək ?Ağ Göl? Milli parkında məskunlaşmış ceyranların arasına buraxılmışdır. ?Xan bağı? restoranının sahibi Habil Rüstəmov barəsində isə akt və protokol tərtib edilib. Azərbaycan Respublikasının ?Heyvanlar aləmi haqqında? qanuna əməl olunması məqsədilə Nazirlik tərəfindən bu kimi reydlər mütəmadi olaraq keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA