TQDK avqustun 5-dən sonra zikayətlərə baxmayacaq

img

31-07-2009 [01:50]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə əsas təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənədlərin qəbulunun başa çatması ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnfomasiya Agentliyinin xəbərinə görə, 2009-cu ilin iyul ayının 31-də əsas təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənədlərin qəbulu başa çatır. Sənədlərin qəbulu 2009-cu ilin iyun ayının 24-dən etibarən aparılır. Cari ildə (9 illik) təhsil bazasından 46 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 9516-dır. Onlardan 5662-si ödənişsiz, 3864-ü ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 9212, rus bölməsi üzrə 222, birgə müsabiqə üzrə 82 plan yeri ayrılmışdır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və ərizə formasının doldurulma qaydaları ?Abituriyent? jurnalının 3-cü sayında dərc olunmuşdur.Qəbulla bağlı məlumatları abituriyentlər həmçiinin TQDK-nın rəsmi internet səhifəsindən də öyrənə bilərlər. M.Abbaszadə onu da bildirib ki, elektron ərizə qəbulu gedir və 25114 nəfər öz ərizələrini təsdiqləyib: ?Təsdiqlənmə prosesi avqust ayının 3-də başa çatır və avqustun 5-i nəticələri elan edəcəyik?. TQDK sədrinin sözlərinə görə, apelyasiya komissiyaları da öz işini başa çatdırıb: ?Bakalavr pilləsinə imtahan vermiş abituriyentlərdən 295 nəfəri açıq apelyasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, onlardan 207 nəfəri apelyasiyada iştirak etmişdir. İştirak edənlərdən 188 nəfəri cavab kartlarında qeyd etdikləri cavabla öz nəticələrinin uyğunluğunu təsdiqləmişlər. Onu da nəzərinizə çatdırım ki, avqustun 5-dən sonra TQDK olaraq, heç bir şikayətə baxılmayacaq. Çünki müəyyən vaxt çərçivəsində şikayətlərə baxırıq. Sonra baxılmasına qanuni olaraq icazə verilmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA