TQDK-nın apelyasiya komissiyalarının izi baza çatdı

img

31-07-2009 [12:31]


2009-cu il iyulun 30-da Respublika ali məktəblərinin bakalavr pilləsinə cari ildə imtahan vermiş şəxslərin ərizələrinə açıq apellyasiya qaydasında baxılması başa çatıb. TQDK-dan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bakalavr pilləsinə imtahan vermiş abituriyentlərdən 295 nəfər açıq apellyasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, onlardan 207 nəfəri apellyasiyada iştirak edib. İştirak edənlərdən 188 nəfəri cavab kartlarında qeyd etdikləri cavabla öz nəticələrinin uyğunluğunu təsdiq ediblər. Magistratura pilləsinə qəbul imtahanı vermiş bakalvrların müraciətlərinə açıq apellyasiyada iyulun 31-də saat 12:00-da baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA