Yasamal rayon məhkəməsində Esmira Orucovanın iddiasına baxılıb

img

30-07-2009 [07:46]


Bu gün Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehralıyevin sədrliyi ilə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliynin sədri Esmira Orucovanın Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qaldırdığı iddia şikayətinə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, E.Orucova tərəfindən məhkəmənin hazırlıq iclasında Dövlət Dəstəyi Şurasına üç iddia qoyulub: ?Birincisi, 7 min manatlıq layihənin geri qaytarılması, ikincisi, medianın iştirakı ilə onlara fevral ayında təqdim etdiyim 18 min 600 manat dəyərində olan layihəmin müzakirəsi olunsun, üçüncüsü də mənim işgüzar və ictimai nüfuzuma qərəzli şəkildə zərbə vurduqları üçün Şuranın qabağına 50 min manat cərimə qoymuşam?. Məhkəmədə qarşı tərəf kimi çıxış edən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə Esmira xanım tərəfindən qoyulan iddianın əsassız və qəbul edilməz olduğunu nəzərə çatdırıb: ?Hesab edirəm ki, ümumiyyətlə bu qərar məhkəmə tərəfindən qəbul olunmamalı idi. Şuraya prezident tərəfindən 12 nəfər təyin edilib. Ancaq Esmira xanım isə öz iddiasında onları rüşvətxor və korrupsioner adlandırır. Əslində, onun əsaslandırmaları söyüş və təhqirlərdən başqa bir şey deyil. Ona qalsa, biz məhkəmə gedişatı zamanı vəsadət verək ki, bizim ya rüşvətxor, korrupsioner olduğumuz sübut edilsin, ya da Cinayət Məcəlləsinin 247, 248-ci maddələri ilə cinayət işi qaldırılsın. Hesab edirəm ki, bizim arqumentlər doğrudur və reallığı əks etdirir?. E.Orucova tərəfdən vəkil isə vəsaitin konkret olaraq layihəyə ayrıldığını dedi: ?Layihənin isə idea və rəhbəri Esmira xanımdır. Nəzərinizə çatdırım ki, iddia məhkəməyə fiziki şəxs tərəfindən edilib. Şuranın rəhbərliyi mətbuatda müxtəlif məzmunlarda çıxışlar edərkən təşkilatın deyil, məhz Esmira xanımın şəxsiyyətinə və ləyaqətinə toxunulub. Ona görə də bizi narahat edən hallarla bağlı məhkəməyə müraciət etmişik. Məhkəmədən də xahiş edirik ki, məsələnin araşdırılması və aidiyyatı üzrə məhkəmənin ədalətli qərar çıxarması üçün tədbirlər görülsün?. Sonda hakim Sərdar Mehralıyevin qərarı ilə hər iki tərəfin mübahisələrinin şübhəli xarakter aldığı üçün məhkəmənin hazırlıq iclasını avqustun 3-ə təxirə saldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA