Səhiyyə Nazirliyi əhalini ?donuz qripi? ilə bağlı narahat olmamağa çağırır

img

30-07-2009 [04:43]


Bu gün Səhiyyə Nazirliyində fövqəladə kollegiya iclası keçirilib. Keçirilən kollegiya iclasında A/H1N1 virusu (?donuz qripi?) ilə bağlı yeni tədbirlər planı təklif olunmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov məlumat verib. Onun sözlərinə görə, xəstəliyə yoluxan qadının övladları və həyat yoldaşı da müayinə olunub: ?Səhiyyə nazirinin 49 saylı əmrinə əsasən, bütün müayinələr bizim laboratoriyalarda aparılır. Aparılan 500-dən artıq müayinənin nəticəsi müsbət olub. Ölkə ərazisində həmin virusa yoluxmuş şəxslərin vəziyyəti kafidir. Dünən artıq onlardan biri ilə görüşmüşük. Xəstəliyə yoluxan qadının övladları və həyat yoldaşı da müayinə olundu. Lakin onlardan mənfi nəticə əldə olundu. Amma hər ehtimala qarşı onlar da nəzarətdə saxlanılacaq. Hazırda onlar xəstəxanada müalicə olunurlar. Təxminən bir həftəlik müayinədən sonra həmin şəxslər evə yazılacaq?. Ş.Qurbanov həmçinin deyib ki, bu vaxtadək həyata keçirilən tədbirlərdən çıxış edərək narahatlığa əsas olmadığını söyləmək olar: ?Keçirilən kollegiya iclasında yeni tədbirlər planı təklif olunmadı. Onsuz da virus ölkədə aşkar olunmazdan əvvəl müvafiq orqanlar gücləndirilmiş iş rejiminə keçmişdilər. Sərhəd keçid məntəqələrində ölkəyə daxil olan şəxslər ciddi şəkildə yoxlanılır. Ölkədə həmin xəstəliyin müalicəsi üçün kifayət qədər dərman preparatı var. Bütün bunlardan çıxış edərək söyləmək olar ki, heç bir problem yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA