TQDK-nın Apellyasiya komissiyası bu gün saat 17.00-a qədər fəaliyyət göstərəcək

img

30-07-2009 [02:29]


Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yaradılmış Apellyasiya komissiyalarına 250-yə yaxın müraciət daxil olub. TQDK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bunların əksəriyyəti qəbul imtahanlarında aşağı nəticə göstərmiş və müsabiqəyə buraxımayan abituriyentlərdir. Onların əsas istəyi isə belə nəticə göstərmiş abituriyentlərə güzəştlərin edilməsidir. Verilən məlumata görə, minimal bal həddini ödəməyən abituriyentlərə güzəşt olmayacaq. Qeyd edək ki, Apellyasiya komissiyalarının fəaliyyəti bu gün saat 17:00-da başa çatacaq. Qruplar üzrə şikayətlər müxtəlif ünvanlarda qəbul edilir. I və IV qruplar üzrə - Bakı Qızlar Universiteti II və III qruplar üzrə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Rus bölməsi bütün ixtisas qrupları üzrə - TQDK Xatırladaq ki, bu il abituriyentlərin göstərdiyi nəticələr TQDK-nı qane etməyib. Belə ki, imtahan verən abituriyentlərin 33,8 faizi 100-ballıq həddi keçə bilməyib. Bunun üçün I və III ixtisas qruplarında keçid balları müvafiq olaraq 200 və 250-yə endirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA