içərizəhərdə binalardan 80-dək peyk antenası sökülüb

img

30-07-2009 [02:04]


İyunun əvvəlindən başlayaraq İçərişəhədəki binaların fasadlarında yerləşdirilmiş peyk antenaları sökülür. Bununla bağlı ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müvafiq sərəncamı var. Qoruq İdarəsinin mətbuat katibi Rahib Azəri Müstəqil İnformasiya Agentliyinə bildirib ki, İçərişəhərdə yerləşən tarixi binaların üzərində yerləşdirilmiş peyk antennaları onların xarici görkəminə xələl gətirir, ilkin görünüşü təhrif edir. Peyk antennaları olan İçərişəhər sakinlərinə və təşkilatlara bir müddət öncə xəbərdarlıq da edilib. Rahib Azərinin sözlərinə görə, Qoruq İdarəsinin xəbərdarlığından sonra peyk antennalarının sökülməsi tələbinə əməl edilib. İndiyədək İçərişəhərdəki binaların fasadları və balkonlardan 80-dək peyk antenası sökülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA