?Donuz qripi? Azərbaycanda: Bakı və Gəncə zəhər sakinlərində xəstəlik azkar edilib (yenilənib)

img

30-07-2009 [01:47]


Dünyanı dəhşətə gətirən A/H1N1 qripi (?donuz qripi?) Azərbaycanda da qeydə alınıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Məlumata görə, xəstələrin vəziyyətləri kafidir və onlar həkimlərin müşahidəsi altında müalicə kursu keçirlər. Nazirlikdən o da bildirilib ki, xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir. Bu gün Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Sektorunun müdiri Viktor Qasımov və nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Sultan Əliyev Azərbaycanda AH1N1 virusunun qeydə alınması faktı ilə bağlı brifinq keçiriblər. Nazirlik yetkililəri virusa yoluxanların hər ikisinin Azərbaycan vətəndaşları olduğunu bildiriblər. Virusa yoluxanlardan biri Bakı, digəri Gəncə sakinidir. Onlardan biri Fransadan digəri isə Londondan gəlib. Məlumata görə, yoluxanlardan biri özü müraciət edib. Digəri isə sərhədi keçəndə hərarəti olduğu üçün müayinəyə cəlb olunub. Taun Əleyhinə Stansiyada aparılan müayinələrdən sonra onun virusa yoluxduğu təsdiqini tapıb. V.Qasımov xəstələrin vəziyyətinin kafi olduğunu, onların hazırda müalicə olunduqlarını açıqlayıb. Onun sözlərinə görə, xəstələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən ?Ofeltamivir? preparatları vurulur. Xəstələrlə təmasda olan bütün şəxslər müəyyənləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA