Marketlərdə 200 kq-a yaxın saxlama müddəti ötmüz ərzaq məhsulları azkarlanıb

img

29-07-2009 [05:52]


Bakının Nəsimi rayonunda yerləşən ?İnci market?də, ?Ayaz market?də, ?Muğan market?də, Binəqədi rayonunda ?Rafo market?də, Gəncə şəhərində yerləşən ?Sirlər xəzinəsi? mağazasında, Xaçmaz rayonunun Yalama qəsəbəsində Natiq Fərəcliyə məxsus mağazada ümumi çəkisi 200 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər və sair aşkar olunub. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, həmin məhsullar satışdan çıxarılaraq məhv edilib. Yalnız Bakının Nəsimi rayonunda yerləşən ?Delfin market?də aparılmış yoxlama zamanı isə satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməyib. Qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 39 hüquqi şəxsə 152,5 min manat, 225 fiziki şəxsə 338 min manat cərimə tətbiq olunub. 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA