Vahid məktəbli forması Misir Mərdanovun məzuniyyəti bitəndən sonra satıza çıxarılacaq

img

29-07-2009 [03:46]


Artıq vahid məktəbli forması ilə bağlı ümumi rəyə gəlinib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı məlumat verib. Onun sözlərinə görə, artıq işlər yekunlaşmaq üzrədir və təhsil nazirinin məzuniyyətdən qayıtması gözlənilir: ?Ayın sonunadək qərar təsdiqlənəcək. Hələki formayla bağlı detallar açıqlanmır. Formaları Bakı Tikiş Fabriki hazırlayacaq. Formalar hazır olduqdan sonra kütləvi şəkildə satışa buraxılacaq. Misir müəllim məzuniyyətdən qayıtdıqdan sonra son qərar veriləcək?. Formaların qiymətinə gəlincə Z.Əliqızı deyib ki, hələki qiymətlər müəyyənləşməyib: ?Amma, onu deyə bilərik ki, hər kəsin imkanları nəzərə alınıb səmərəli qiymətlər tətbiq olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA