Dövlət Baytarlıq Xidməti brüselyoz, vərəm və digər xəstəliklərlə bağlı monitorinq aparır

img

29-07-2009 [03:44]


Aran zonasında ev heyvanları ilə bağlı epizootik vəziyyət sabitdir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, heyvanlardan götürülən qan nümunələri üzərində aparılan yoxlamalara əsasən demək olar ki, heç bir xəstəlik izinə rast gəlinməyib: ?Məlumdur ki, hazırda heyvanlar yaylaq şəraitindədir. Aran zonalarında ev şəraitində saxlanılan heyvanlardan mütəmadi olaraq planauyğun şəkildə qan nümunələri götürülür. Yoxlamalar əsasən brüselyoz, vərəm və digər xəstəliklərə görə aparılır. Yoxlamaların nəticəsinə əsasən demək olar ki, vəziyyət sabitdir. Əgər xəstəlik aşkar olunarsa həmin heyvan təsərrüfatdan çıxdaş edilməlidir. Bu istənilən təsərrüfatda həyata keçirilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA