ümid Partiyası Ağstafa təzəbbüsü ələ almaq niyyətindədir

img

28-07-2009 [08:09]


[b]Nəsimi Məmmədli: ? Müşavirədə ölkədəki içtimai-siyasi vəziyyət barədə partiya üzvlərinə məlumat verildi və rayon şöbəsinin bələdiyyə seçkilərinə haırlığı müzakirə olundu?[/b] Bələdiyyə seçkilərinə hazırlıqla bağlı bölgələrə səfərlərini davam etdirən Ümid Partiyasının funksionerləri iyulun 27-də Ağstafa rayonuda olmuş və partiya fəallarının iştirakı ilə genişləndirilmiş müşavirə keçirmişlər. Tədbir haqqında məlumat verən Ümid Partiyası İcra Aparatının Rəhbəri Nəsimi Məmmədli bildirdi ki, partiyanın Ağstafa rayon şöbəsində müşavirə keçirməkdə məqsədimiz siyasi cəhətdən fəal olan çox saylı üzvlərmizi düşündürən və narahat edən suallara cavab vermək, həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlığın partiyamız üçün əhəmiyyətini partiyadaşlarımıza izah etmək idi. Bu məqsədlə də müşavirədə ölkədəki içtimai-siyasi vəziyyət, Qarabağ danışıqlarının hazırkı mərhələsi, dünyada maliyyə böhranı səbəbindən qiymətlərin aşağı düşdüyü bir zamanda Azərbaycan iqdidarının mavi qazın qiymətini qaldırması, ölkədəki məmur özbaşnalığı, iqdisadi monopoliya, korrupsiya və rüşətxorluq barədə məruzə etdim. Partiya sədrinin içtimai-siyasi məsələlər üzrə müavini Abbasağa Məmmədov isə əsasən pariyamızın qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığı və Ağstafa rayon şöbəsinin bu mərhələdə görməli olduğu işlərdən danışdı. Daha sonra partiya fəallarının sualları cavablandırıldı və yekunda belə qərara gəldik ki, Ağstafa rayon şöbəsinin növbədənkənar konfransının keçirilməsinə eytiyac var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA