Komitə sədri Əli Həsənov MTN rəhbəri Eldar Mahmudovdan ciddi arayız tələb edəcək

img

28-07-2009 [07:01]


?Hazırda Azərbaycanda 23 254 narkotik istifadəçisi qeydiyyatdadır. Narkotik istifadəçilərinin 1504 nəfəri dispanser uçotunda, qalanları isə profilaktik uçotdadır. Amma bu, reallığı əks etdirmir. Guman olunur ki, nakotik istifadəçilərinin sayı daha çoxdur?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında baş nazirin müavini Əli Həsənov deyib. Ə.Həsənovun sözlərinə görə, son altı ayda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 1200 kq. narkotik maddə dövriyyədən çıxarılıb: ?Bu müddətdə 1760 cinayət işi açılıb. Narkoloji dispanserlərdə 860 nəfər müalicə alıb. Narkotik istifadəçilərinin yarıya qədəri Bakıdadır. Ölkədə əsas narkotik təhlükəsi Azərbaycanın Cənub sərhədlərində olduğundan, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi zəruridir?. Baş nazirin müavini Azərbaycanda narkotik istifadəçilərinin sayının dəqiqləşdirilməsinə ehtiyac olduğunu da deyib: ?Həqiqəti gizlətmək lazım deyil, real rəqəmlər açıqlanmalıdır. Açıqlanan rəqəm real rəqəmlərə qətiyyən yaxın deyil. Növbəti iclasda görəcəksiniz nələr hazırlayacağam. Mən, milli təhlükəsizlik nazirindən xahiş edəcəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin?. Ə.Həsənovun sözlərindən belə başa düşülür ki, MTN-nin bu günə qədər verdiyi məlumat və arayışlar ciddi əhəmiyyət kəsb etməyib. Ə.Həsənov həm də bildirib ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olması regionda beynəlxalq narkomafiyanın fəaliyyətinə imkan yaradır: ?Əfqanıstanda becərilən narkotiklər İpək Yolu vasitəsi ilə Avropaya və Şimal istiqamətində daşınır. Dünyada mövcud olan narkotiklərin qanunsuz daşınması üzrə 113 marşrutun 37-si Azərbaycan ərazisindən keçir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Azərbaycan region və qonşu dövlətlərlə birgə əməkdaşlığı gücləndirib?. Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında çıxış edən Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Həzi Aslanovun sözlərinə görə, ilin birinci yarısında narkotiklərlə bağlı cinayət əməlləri səbəbindən 1243 nəfər məsuliyyətə cəlb olunub: ?Məsuliyyətə cəlb olunanlardan 3-ü 18 yaşına qədər, 98-i 18-25 yaş arası, 206-sı 26-29 yaş arası, 936-sı isə 30 yaşdan yuxarı olan şəxslərdir. Onlardan 11-i fəhlə, 2-si qulluqçu, 2-si nəqliyyat işçisi, 1177-si işsiz, 37-si xarici ölkə - 11-i MDB vətəndaşıdır, 28-i qadın, 1215-i kişi, 280 nəfəri isə əvvəllər məhkum olunanlardır. Bu dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 37 nəfər xarici vətəndaş tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 20-si İran, 6-sı Gürcüstan, 5-i Rusiya və 6-sı Nigeriyadandır. Həmin şəxslərdən ümumi çəkisi 215 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 100 kiloqram çoxdur. Bu müddətdə 358 hektar sahədən 209 tondan artıq müxtəlif narkotik vasitələr aşkarlanaraq məhv edilib?. Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bildirib ki, Azərbaycanda QİÇS aşkar olunan 1815 nəfərin 1093 nəfəri narkotik istifadəçisidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA