Dövlət sərhədinin pozulmasının qarzısı alınıb

img

28-07-2009 [06:00]


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-nin mətbuat mərkəzindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, verilən məlumata görə, hadisə Cəlilabad rayonunun Kürünc kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan-İran sərhədində, Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığında baş verib. İyulun 26-da saat 23.40 radələrində ərazidə xidmət aparan sərhəd naryadı dövlət sərhədini pozan iki nəfər şəxsi müşahidə edərək onları saxlamaq üçün tədbirlər görüb. Sərhəd pozucuları naryadın dayanmaq barədə tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstəriblər. Bunu görən sərhədçilər havaya xəbərdarlıq atəşi açıblar. Sərhəd pozucularının xəbərdarlıq atəşinə məhəl qoymayaraq, qaçmalarını görən sərhəd naryadı təlimata uyğun olaraq onlara qarşı silah tətbiq ediblər. Həyata keçirilən axtarış tədbirləri nəticəsində taxıl zəmisində gizlənən iki nəfər sərhəd pozucusu yaralı vəziyyətdə aşkarlanıb və onlara zəruri tibbi yardım göstərilib. Həmin şəxslərin Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunan, 1955-ci il təvəllüdlü Hüseynov Yaşar Əbil oğlu və 1989-cu il təvəllüdlü Musayev Niyaməddin Ramiz oğlu olması müəyyənləşdirilib. Hadisə yerindən sərhəd pozucularına məxsus 1 kiloqram narkotik maddə olan həşiş qətranı, bir ədəd telefon aşkar edilərək götürülüb. Verilən məlumatda o da bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA