Mobil abunəçilərin sayı 352 min artaraq 6 900 000 nəfərə çatıb

img

28-07-2009 [04:06]


Bu ilin 6 ayında informasiya kommunikasiya texnologiyaları sahəsində 10,2 faiz artım qeydə alınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə bu gün rabitə və informasiya texnologiyaları naziri (RİTN) Əli Abbasov bu ilin birinci yarımilliyinin yekunlarına dair keçiirlən kollegiya iclasında bildirib. O qeyd edib ki, bu sektorun inkişafı üçün yaradılan bazis onun dünyada hökm sürən maliyyə böhranından sığortalanmasını təmin edib: ?Cari ilin I yarımilliyində informasiya komunikasiya texnologiyaları (İKT) və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 495,5 milyon manat təşkil edib. Ötən ilin I yarımilliyi ilə müqayisədə artım tempi İKT sektorunda 10,2 faiz, o cümlədən telekommunikasiya sektoru üzrə 12,2 faiz, poçt sektorunda isə 16,7 faiz təşkil edib. İKT və poçt sektorunda əldə olunan gəlirlərin 80,3 faizinin qeyri-dövlət rabitə müəssisələrinin payına düşdüyünü diqqətə çatdıran Ə.Abbasov bu ilin I yarımilli ərzində telekommunikasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artaraq 468,3 milyon manat təşkil etdiyini vurğuladı. Ə.Abbasov telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirlərin 73,8 faizinin mobil operatorların payına düşdüyünü və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə artım tempinin 15,1 faiz təşkil etdiyini dedi. Onun sözlərinə görə, cari ilin I yarımilliyində İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin Ümumi Daxili Məhsulda (ÜDM) payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz-dən 2,2 faizə, qeyri-neft ÜDM- dəki payı isə 4,3 faizdən 4,6 faizə yüksəlib: ?RİTN üzrə cari ilin I yarımilliyində 246 iş yeri açılıb. Hesabat dövründə RİTN-nin birlik və müəsssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artırılaraq 267 manata çatdırılıb?, - deyə Ə.Abbasov əlavə etdi. Cari ilin 6 ayı ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 20,7 mln. manat investisiya qoyuluşlarının həyata keçirildiyini deyən nazir Ə.Abbasov qeyd etdi ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 mln. manat artıqdır. Ə.Abbasov ilin əvvəli ilə müqayisədə mobil abunəçilərin sayının 352 min artaraq 6 900 000 nəfərə çatdığını da nəzərə çatdırdı. Onun sözlərinə görə, bu da hər 100 nəfər əhaliyə 78,8 mobil abunəçinin düşməsi deməkdir: Cari ilin əvvəli ilə müqayisədə respublika üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 9812 və ya 57,5 faiz artıb. Hazırda Bakı şəhəri ilə yanaşı, bu xidmətin təşkil olunduğu şəhər və rayonların sayı 48-ə çatdırılıb?. Nazir televiziya və radio dalğalarının keyfiyyətinin artırılması istiqamətində 42 ötürücü qurğunun quraşdırıldığını da bildidi. İnternet tariflərinin aşağı salınması ilə bu sahədə canlanma müşahidə edilib. Sonda nazir Ə.Abbasov Xüsusi Rabitə İdarəsinin bir sıra əməkdaşlarını Fəxri Diplomlarla təltif etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA