Dərmanlardan zəhərlənmə halları artır

img

28-07-2009 [04:00]


Son dövrlər dərman preparatlarından baş verən zəhərlənmə nəticəsində bir neçə şəxsin dünyasını dəyişməsi bu problemi yenidən gündəmə gətirib. Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət Şöbəsinin müdiri Pərviz Əzizbəyov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında zəhərlənən şəxslərin hansı dərman preparatından zəhərlənməsi barədə araşdırma aparıldığını söyləyib: ?Araşdırma nəticəsində hər şey bəlli olacaq. Bu, intihar da ola bilər. Dərman preparatlarından zəhərlənmə halları ilə bağlı insanların reaksiyası çox həssasdır. Araşdırma aparmadan demək olmaz ki, zəhərlənmə məhz dərman preparatının keyfiyyətinin aşağı olmasından xəbər verir?. P.Əzizbəyov deyib ki, dərman vasitələrindən zəhərlənmə bir neçə hallarda baş verə bilər: ?Zəhərlənmə baş veribsə, bu, həmin dərman preparatının keyfiyyətsiz olmasına dəlalət etmir. İstifadə müddəti keçmiş dərman preparatının qəbulu zamanı, aptekdən aldıqdan sonra dərmanı saxlanma qaydalarına əməl etmədən, bir müddət keçdikdən sonra qəbul etdikdə, zəhərlənmə baş verə bilər. Dərman preparatlarının əksəriyyəti kimyəvi tərkibə malikdir və hər birinin özünəməxsus saxlanma temperaturu var. Amma həmin şəraitə əməl olunmur. Bundan başqa, bəzi antibiotikləri qəbul etməzdən öncə mütləq orqanizmin ona qarşı həssaslığı yoxlanmalıdır. Özünü müalicə məqsədilə hər hansı başqa bir şəxsin istifadə etdiyi dərman preparatını qəbul etmək də təhlükəlidir. Çünki həmin şəxsin orqanizmi o dərmanı qəbul etməyə də bilər?. Şöbə müdirin sözlərinə görə, ölkəyə daxil olan bütün dərmanlar laboratoriyalarda yoxlanaraq sertifikat verildikdən sonra satışa çıxarılır: ?Bizim Mərkəz 2007-ci ildən bəri fəaliyyət göstərir və iki il ərzində dərmanların keyfiyyətinə nəzarəti həyata keçirir. Əminliklə deyə bilərik ki, respublikaya idxal olunan bütün dərman preparatları bizim laboratolriyalarda yüksək səviyyədə yoxlanıldıqdan sonra satışına icazə verilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA