TQDK test kitabçaları ilə orta məktəb dərsliklərinin uyğun gəlməməsi ittihamı ilə razılazmır

img

28-07-2009 [12:44]


?Qəbul imtahanları bütün ixtisas qrupları üzrə keçirilib və hazırda müsabiqədə iştirak hüquqi qazanmış abituryentlərlə ixtisas seçimi aparılır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə deyib. Bildirib ki, ən qısa müddət ərzində TQDK-nın rəsmi internet saytında müsabiqənin nəticələri yerləşdiriləcək: ?Yekunlarla bağlı onu deyə bilərəm ki, ümumi nəticələr müəyyən qədər zəifləyib. Bunu bütün ixtisas qruplarında müşahidə etmişik. Təbii ki, hazırda bunun səbəbləri haqqında geniş açıqlama vermək çox çətindir. Amma TQDK-nın belə bir imkanı olacaq ki, elmi-statik təhlilərə başlasın və abituriyentlərin ümumi nəticələrinin ötən illərlə müqayisədə zəifləməsinin səbəblərini araşdırsın. Araşdırmaların nəticələri barədə ictimaiyyətə mütləq məlumat veriləcək?. Bəzi ekspertlər isə ittiham irəli sürürlər ki, guya TQDK-nin hazırlamış olduğu test kitabçaları ilə orta məktəblərin dərs vəsaitləri uyğun gəlmir və bu səbəbdən də əksər abituriyentlər uğurlu nəticə qazana bilməyiblər. Amma mətbuat katibi bu ittihamlarla razılaşmır və imtahanda istifadə olunmuş bütün test tapşırıqlarının orta məktəb və qüvvədə olan dərs vəsaitləri ilə tamamilə uyğun olduğunu deyir: ?Buna kimin şübhəsi varsa, gəlsin, sualları da, qüvvədə olan və istifadə edilmiş dərs vəsaitlərini də göstərək. Bu, tam əsassız iddiadır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA