?Dövlətqaçqınkom?da kollegiya iclası keçirilib

img

28-07-2009 [12:01]


Baş nazirin müavini, ?Dövlətqaçqınkom?un sədri Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən altı ayın yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Komitənin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, iclasda ?Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı? və həmin proqrama əlavələrdə nəzərdə tutulmuş genişmiqyaslı tədbirlərin icra vəziyyəti müzakirə olunub. Toplantıda Dövlət Komitəsinin kommunal xidmətlər şöbəsinin ötən altı ay ərzində gördüyü işlər, payız və qış mövsümünə hazırlıq, altı ay ərzində qaçqın və məcburi köçkünlərin qəbulu, ərizə, şikayət və müraciətlərinə baxılması məsələlərinə də toxunulub. Tədbirdə bildirilib ki, hazırda Kəlbəcər rayonundan olan 596 ailə üçün Goranboy rayonunda yeni qəsəbənin, Qəbələ rayonu ərazisində 152 məcburi köçkün ailəsi üçün iki beşmərtəbəli binanın, Bakının Binəqədi rayonu 2 saylı Evtikmə Kombinatının ərazisində 364 məcburi köçkün ailəsi üçün hər biri 63 mənzildən ibarət 5 ədəd və 54 mənzildən ibarət bir ədəd doqquzmərtəbəli binanın inşası davam etdirilir. Bundan başqa, bir sıra bölgələrdə məcburi köçkünlər üçün tikiləcək çoxmərtəbəli binaların inşası məqsədilə artıq müvafiq torpaq sahələrinin ayrıldığı da qeyd edilib. Kollegiya iclasında bildirilib ki, bu ilin ötən altı ayında 903 məcburi köçkün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunub. 271 nəfərə işsiz statusu verilib, 365 nəfərə isə işsizlik müavinəti təyin edilib. 266 qaçqın və məcburi köçkün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 67 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında, yaşayış üçün təhlükəli yerdə məskunlaşmış Zəngilan rayonundan olan 31 ailə üçün də yeni qəsəbə salınıb və onları ora yerləşdiriblər. Kollegiya iclasında 2009-2010-cu illərdə payız və qış mövsümünə hazırlıqla əlaqədar tərdbirlər planı da müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA