Sumqayıtda 100-ə yaxın qanunsuz tikili sökülüb

img

28-07-2009 [11:54]


Sumqayıt Şəhər İcra Hakimiyyətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu il iyulun 3-dən başlayaraq qanunsuz tikililərə qarşı mübarizə tədbirləri gücləndirilib. Belə ki, Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev tapşırığına əsasən, Sumqayıtın yaşayış massivlərində aparılan icazəsiz tikintilər, torpaq sahələrinin zəbt edilməsi halları, qanunsuz inşa olunan qarajlar və digər obyektlər müəyyənləşdirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin tikililərin əksəriyyəti kommunikasiya xətlərinin keçdiyi ərazilərdə və mühafizə zolaqlarında inşa olunub. Onların sökülməsi üçün şəhər İcra Hakimiyyətinin məsul işçiləri, memarlıq və şəhərsalma idarəsinin nəzarətçiləri arasında bölgü aparılıb. Hazırda şəhərin 50, 76-cı məhəllərində, Sumqayıt stansiyasının və Tuğ zavodun, Bakı-Quba yolunun kənarlarında zəbt edilmiş torpaq sahələrində aparılan qanunsuz tikililər sökülür. Indiyədək 100-ə yaxın belə tikili sökülüb. Qanunsuz tikililərin sökülməsi ilə əlaqədar vətəndaşlarla izahat işləri aparılır, onların sahiblərinə kompensasiyların ödənilməyəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA