Nazirlik ətraf mühitin mühafizəsinə yönəlmiz tədbirləri davam etdirir

img

28-07-2009 [11:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 13-20 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 78 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 67 akt tərtib olunmuş, 19 məcburi göstəriş verilib. 1 iş üzrə 200 manat məbləğində cərimə tətbiq edilmiş və ödənilməsi təmin edilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 7 akt və protokol tərtib olunub. Yerin təkinin mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 295 680 manat məbləğində iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA