üç nəfərin ölümünə səbəb olan uçqunla bağlı saxlanılan yoxdur

img

27-07-2009 [06:28]


Bakı şəhərində su çəkilişi zamanı baş verən uçqun nəticəsində üç fəhlənin ölümü ilə bağlı cinayət işi başlanılıb. Respublika Prokurorluğunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, faktla bağlı saxlanılan yoxdur. Cinayət Məcəlləsinin 162.2-ci (əmək müfhafizə qaydalaı pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə başlanılan işin istintaqı Bakı Şəhər Prokurorluğu tərəfindən aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Kibriya TS" MMC tərəfindən su borusu çəkilərkən, uzunluğu 30 metr, eni 3 metr və dərinliyi 9 metr olan xəndəkdə torpaq sürüşməsi baş verib. Nəticədə oranın işçiləri, Abşeron rayon sakini İlqar Əliyev, Bakı şəhər sakini Abdullaget Abdulağayev və Sumqayıt şəhər sakini Əlicəfər Cahangirov torpağın altında qalaraq dünyasını dəyişib. Xilasetmə işləri aparılarkən Fövqəladə Hallar Nazirliyinin xilasedicisi, Sumqayıt şəhər sakini Bəxtiyar Nəbiyev xəsarət aldığından xəstəxanaya yerləşdirilib. İ.Əliyevin, A.Abdulağayevin və Ə.Cahangirovun meyitləri torpaq altından çıxarılaraq ailələrinə təhvil verilib. Qeyd edək ki, hadisə iyulun 25-də saat 14.00 radələrində Nizami rayonu Şərq küçəsi 1 ünvanındabaş verib. İlkin ehtimallara görə, uçquna səbəb quyunun texniki cəhətdən düzgün qazılmaması olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA