çimərliklərdə suyun çirklilik səviyyəsi azalmayıb

img

27-07-2009 [04:52]


Sahilboyu ərazilərdə sutəmizləyici qurğular quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Müstəqil İnformasiya Agentliyinə bildirib ki, 2009-cu il ərzində Abşeron yarımadasında Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin daha 6 stansiyası istifadəyə verilib: ?Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı və Novxanıya qədər sahilboyu ərazilərdə modul tipli təmizləyici qurğular quraşdırılıb. Bununla da stansiyaların sayı 16-ya çatdırılıb. Bu isə gün ərzində 6140 kubmetr çirkab suyunun təmizlənməsinə imkan verir?. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, ötən həftə keçirilən monitorinqlərin nəticələrinə əsasən, çimərliklərdəki vəziyyət dəyişməyib: ?Çirklənmə aşkar olunan Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıx , Hövsan və Novxanı çimərliklərində suyun çirklilik dərəcəsi enməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA