Kəpəzdə ?Nurçuluq? dini təriqətini təbliğ edən zəxslər cəzalandırılıblar

img

27-07-2009 [04:14]


Kəpəz RPŞ əməkdaşları tərəfindən 3-cü mikrorayon ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində "Nurçuluq" dini təriqətini təbliğ etdikləri üçün Gəncə şəhər sakinləri Rüfət Verdiyev, onun qardaşı Rəşad, Murad Ağayev, Elnur Əliyev, Azər Hüseynov, Elaj Mürsəlov, Rövşən İsgəndərov, onun qardaşı Etibar, İsmayıl Əsgərov, Alim Allahverdiyev və Bakı şəhər sakini Elçin Hacıyev polisə gətiriliblər. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həmin şəxslərdən E.İsgəndərov, İ.Əsgərov barələrində İnzibati Xətalar məcəlləsinin 310-cu, E.Mehdiyev barəsində isə İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsi ilə protokol tərtib olunub, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA