Hüquq müdafiəçiləri həbsdəki keçmiz nazirlərlə bağlı ilham Əliyevə müraciət edəcəklər

img

27-07-2009 [03:38]


Hüquq müdafiəçiləri həbsdə olan sabiq nazirlərlə bağlı Azərbaycan prezidentinə və ədliyyə nazirinə müraciət etmək fikrindədirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. N.Cəfəroğlu bildirib ki, ötən həftə hüquq müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı ilə birlikdə həbsdə olan sabiq nazir Fərhad Əliyevə baş çəkiblər: ?Fərhad Əliyevin vəkili Elton Quliyevin ədliyyə nazirinə ünvanladığı müraciətdə yer alan iddihamlar həqiqəti əks etdirir. Onun saxlanma şəraiti həqiqətən də çox pisdir. Sağlamlığı da qənaətbəxş deyil. Bizimlə söhbətində 5 gündür yatmadığını söylədi. Təzyiqi olduğu halda, onu iki saat günün altında saxlayıblar. Bütün bunlar barədə artıq Avropa Şurasına məlumat vermişik?. Hüquq müdafəçisi bildirib ki, sabah ölkə başçısı İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və həbsxana rəisinə bununla bağlı müraciət edəcəklər: ?Müraciətə Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə və Arzu Abdullayeva da imza atacaqlar. Ümumiyyətlə, təkcə Fərhad Əliyev və Əli İnsanov yox, digər həbsdə olan sabiq məmurların vəziyyəti də müraciətdə yer alacaq. Çünki onlar bizim dövlətdə qulluq ediblər. Təklif edəcəyik ki, onların cəzaları yüngülləşdirilsin və saxlanma şəraiti yaxşılaşdırılsın. Onlara bu cür münasibət bəsləmək düzgün deyil?. Hüquq müdafiəçisi həm də bildirib ki, ədliyyə naziri Fikrət Məmmədovla görüşmək niyyətindədirlər: ?Bu məsələ gündəmə gəlməzdən öncə bizim bir neçə dəfə Fərhad Əliyevlə görüşümüz olub. Lakin o, bu görüşlərin heç birində demək olar ki, narazılıq etməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA