M.V.Lomonosov adına MDU-nun Bakı filialına qəbul imtahanları bazlayıb

img

27-07-2009 [02:53]


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 2009/2010-cu tədris ili üçün sənəd qəbulu ötən həftə yekunlaşıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, bu il həmin ali məktəbə filologiya (25 yer), tətbiqi riyaziyyat (25 yer), kimya (25 yer), psixologiya (25 yer) ixtisaslarına tələbə qəbulu aparılacaq. Filiala Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. İyulun 25-dən M.V.Lomonosov adına MDU-nun Bakı Filialında qəbul imtahanları başlayıb. M.V.Lomonosov adına MDU-nun yaratdığı Qəbul komissiyası tərəfindən aparılan imtahanlarda yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplamış abituriyentlər iştirak edirlər. Qəbul imtahanları avqustun 3-də başa çatacaq. İmtahanların nəticələri əsasında filiala yerləşdirmə həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA