Sumqayıt ?Səthi Aktiv Maddələr? Zavodunun zöbə müdirinin oğlu intihar edib

img

27-07-2009 [01:59]


?Azərikimya? Dövlət Şirkəti, Sumqayıt ?Səthi Aktiv Maddələr? Zavodunun şöbə müdirinin oğlu intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə dünən Sumqayıtın Saray bağlarında, 42/72a saylı bağ evində baş verib. Belə ki, sözügedən ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Hamlet Samir oğlu Manafov 12 mm kalibrli ov tüfəngi ilə başına atəş açaraq özünə qəsd edib. Onun intihar etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilmir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA