Havanın temperaturu getdikcə artacaq

img

27-07-2009 [01:41]


Ölkə ərazisində havanın tempraturu 38 dərəcəyə kimi artacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyi?ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat daxil olub. Məlumata görə, yaxın üç gün ərzidə hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. İyulun 27-də şimal-şərq küləyi əsəcək, arabir küləyin sürəti nisbətən güclənəcək. Havanın temperaturu gündüz 32-35?, axşam 26-28? olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 24-25? olacaq. İyulun 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacağı ehtimal edilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb, şimal küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 24-27?, gündüz 32-35?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə olacaq. İyulun 29-da havanın arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağajağı ehtimalı var. Şimal küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 22-24?, gündüz 26-29 dərəcə olacaq. İyulun 30-da buludlu hava şəraiti arabir açılacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-24?, gündüz 27-30 dərəcə olacaq. Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 35-39?, dağlarda gecə 10-15?, gündüz 20-25? olacaq. İyulun 28-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı 2 gün ərzində arabir güclənən xəzri küləyi ilə əlaqədar temperaturların bir qədər mülayimləşməsi meteohəssas insanlar üçün əlverişli olacaq. İyulun 29-30-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25?, gündüz 33-38?, dağlarda gecə 10-15?, gündüz 19-24 dərəcə isti müşahidə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA