TQDK imtahandan narazı qalanların zikayətinə baxacaq

img

27-07-2009 [11:26]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya komissiyaları təşkil edib. Müstəqil Unformasiya Agentliyinin xəbərinə görə, TQDK tərəfindən yaradılmış Apellyasiya komissiyaları iyulun 28-dən 30-dək fəaliyyət göstərəcək. Komissiyalar saat 10:00-dan 17:00-dək I və IV qruplar üzrə - Bakı Qızlar Universitetində, II və III qruplar üzrə - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, rus bölməsi bütün ixtisas qrupları üzrə - TQDK-da fəaliyyət göstərəcək. Qeyd edək ki, ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması halları ilə bağlı müraciətlərə baxılmayacaq. Onu da nəzərə çatdıraq ki, abituriyent Apellyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA