II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

img

26-07-2009 [06:21]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə II ixtisas qrupu üzrə iyulun 24-də keçirilən qəbul imtahanının nəticələri iyulun 26-da www.tqdk.gov.az internet səhifəsində yerləşdirilmişdir. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.  II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 25358 abituriyent sənəd vermişdi.  Onlardan 24009 nəfəri imtahanda iştirak etmişdir.  13 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuşdur. [b]II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin nəzərinə![/b]  TQDK II ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, Riyaziyyat və coğrafiya fənləri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin buraxılmasını qərara almışdır.  Ümumi balı 350 və daha artıq olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur. Test imtahanının nəticəsinə əsasən 7695 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 6510 nəfər, rus bölməsi üzrə 1185 nəfər). Bu ixtisas qrupunda təqdim olunan plan yerlərinin ümumi sayı 7331 -dir. II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması ?Abituriyent? jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi 2009-cu il avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub. Orta təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra - avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq. İxtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, plan yerləri və müsabiqə şərtləri artıq ?Abituriyent? jurnalının 5-ci sayında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA