Torpaq sürüzməsi nəticəsində uçqun altında qalan 3 nəfərin meyiti çıxarılıb

img

25-07-2009 [07:15]


[b]FHN-in xilasetmə işləri aparan bir əməkdaşı xəsarət alıb[/b] Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, saat 14.00 radələrində Şərq küçəsi 1 ünvanında, ?Azərsutikinti? xəstəxanasının yaxınlığında su quyusu qazan işçilər dərin quyunun uçması nəticəsində torpaq altında qalıb. Uçqun altında qalanların adları Əbdül Abdullayev, Əli Cahangirov və İlqar Əliyevdir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ANS PRESS-ə hadisənin fəhlələr 8-10 metrlik su quyusu qazarkən baş verdiyini bildirib. Onun sözlərinə görə, uçquna səbəb quyunun texniki cəhətdən düzgün qazılmaması olub. "Süxurlar yumuşaq olduğundan hadisə baş verib. Hadisənin əsl səbəbi araşdırmalardan sonra məlum olacaq. Hazırda xilasetmə işləri aparılır", deyə nazir müavini əlavə edib. Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə xilasetmə işləri aparan FHN əməkdaşının xəsarət aldığını bildirib. Xilasedici xəsarətlə xəstəxanaya göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA