ilham Əliyev Dmitri Medvedevə və Mahmud Əhmədinejada bazsağlığı verib

img

25-07-2009 [03:39]


Azərbaycan prezidenti İlham Əliyev Məşhəd şəhərinin beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı İran prezidenti Mahmud Əhmədinejada başsağlığı verib. ?Məşhəd şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!?. Xatırladaq ki, iyul ayının 24-də İranda son bir ayda ikinci təyyarə qəzası baş verib. Məşhəd hava limanına enən İL-62M sərnişin təyyarəsi yanmağa başlayıb. Hadisə nəticəsində 30 nəfər həlak olub, daha 23 nəfər müxtəlif xəsarətlər alıb. İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə Rostovda baş vermiş qəza ilə bağlı başsağlığı verib. Dövlət başçısı vilayətdə baş vermiş avtomobil qəzası nəticəsində çoxlu insanın tələfatı barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm?-deyə başsağlığında bildirilir. Qeyd edək ki, dünən Rusiyanın Rostov vilayətinin Samarskoye kəndi yaxınlığında dəhşətli yol qəza hadisəsi baş verib. Krasnodar-Rostov trassında benzindaşıyan maşın ilə avtobusun toqquşması nəticəsində hər iki sürücü də daxil olmaqla 21 nəfər həlak olub. Daha 10 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA