Bakı və Sumqayıtda dezinfeksiya izləri aparılır

img

25-07-2009 [03:00]


Respublika Gigiyena və Epidemioligiya Mərkəzinin (RGEM) sərəncamı əsasında hazırda Bakı və Sumqayıt şəhərlərində Dezinfeksiya stansiyaları tərəfindən kütləvi dezinfeksiya işləri həyata keçirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə mərkəzin sanitariya-gigiyena şöbəsindən məlumat verib. Sözügedən tədbirlər çərçivəsində yataqxanalarda, ümumtəhsil məktəblərində, məktəbəqədər müəssisələrdə kütləvi dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilir. Bu işlərin görülməsində məqsəd adıçəkilən obyektlərdə sanitar-gigiyenik təmizliyin bərpası, həşaratların, siçan və siçovulların məhvi, təhsil müəssisələrinin növbəti tədris ilinə hazırlanmasıdır. MİA-nın əldə etdiyi məlumata görə, əslində Respublika Gigiyena və Epidemioligiya Mərkəzini dezinfeksiya işlərinə başlamağa son vaxtlar əhalidən daxil olan şikayətlərin çoxluğu məcbur edib. Həmin şikayətlərin daha çox yataqxanalardakı natəmizliyə biganəliklə bağlı olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA