Dünya cərrahları Bakıya toplazacaqlar

img

25-07-2009 [02:55]


İyulun 27-dən 29-dək Bakıdakı ?Avropa? otelində Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyası (TAECA) və Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı cərrahiyyənin müasir metodlarına həsr olunmuş koqres keçiriləcək. ARDNŞ-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanda ilk dəfə ?Minimal invaziv cərrahiyyə? mövzusunda keçiriləcək beynəlxalq konqresdə ABŞ, Rusiya, Belçika, Türkiyə kimi ölkələri təmsil edən qabaqcıl mütəxəssislərin, həmçinin 200-ə yaxın azərbaycanlı alim və həkimin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak edəcək xarici mütəxəssislər arasında ABŞ-ın Klivlend Klinikasının şöbə müdiriləri, dünyaca tanınmış doktorlar Eren Berber, Mətyu Kroh, Nensi Farrou, Türkiyə Endoskopik və Laparoskopik Cərrahiyyə Dərnəyinin sədri professor Emin Ersoy da olacaq. Konqresin əsas mövzuları sırasında mədə və diafraqma yırtıqlarının endoskopik müalicə üsulları, endoskopik yoğun bağırsaq cərrahiyyəsi, endoskopik qaraciyər, mədəaltı vəzi və dalaq cərrahiyyəsi, dünyanın son texnologiyalarından olan robot cərrahiyyəsi, çəki artımı - köklük və piylənməyə qarşı endoskopik cərrahiyyənin tətbiqi, öd yolları daşlarının endoskopik müalicəsi, ultrasəs müayinə və müalicə metodları, süd vəzi xəstəliklərinin endoskopik müalicə üsulları xüsusi yer tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA