?Qızılbaz?Gəncləri Maarifləndirmə ictimai Birliyi seminarları davam etdirir

img

24-07-2009 [06:15]


?Qızılbaş?Gəncləri Maarifləndirmə İctimai Birliyi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı Azərbaycanın bölgələrində keçirdiyi təlimləri davam etdirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurası tərəfindən maliyyələşdirilən ?Yeniyetmə və Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi təlimi? mövzusunda layihə çərçivəsində növbəti tədbir Füzuli rayonunun Qayıdış qəsəbəsində keçirilib. Qəsəbədə yerləşən 7 saylı orta məktəbin zalında keçirilən seminarda 15-29 yaşlarında olan gənclər və yeniyetmələr qatılıb. Seminarda ?Qızılbaş? GMİB-nin sədri Elnur Məmmədli tədbir iştirakçıları ilə ötən seminarın təəsüratları barədə müzakirə aparıb, onların ötən dövr ərzində həyata keçirdikləri tədbirlərlə maraqlanıb. Sonra gündəliyə uyğun olaraq təlimçi Mirmehdi İbişov ?Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi üçün gənclər təşkilatlarının təklifləri? mövzusunda məruzə çıxış edib. M. İbişov hazırda Azərbaycan gənclərinin durumu ilə müqayisədə bölgədə yaşayan gənclərin vəziyyətini müqayisə edib və xüsusilə cəbhə bölgəsində yerləşən ərazilərdə gənclərin öz vətənləri barədə geniş bilgiyə, torpağa bağlı olmasını vacib sayıb. O, dövlət qurumlarının bu məsələdə gənclər təşkilatları ilə əməkdaşlığının böyük fayda verdiyini, bunun davamlı olmasının vacib olduğunu qeyd edib. Həmçinin orta məktəb şagirdlərinin mütəmadi olaraq hərbi hissələrə səfərlər etməsinin, məktəblərdə hərbi təlimlərə peşəkar hərbçilərin cəlb olunmasının vacib olduğunu qeyd edib. M. İbişov gənclər təşkilatlarının bölgə gəncləri arasında idman yarışlarının keçirilməsi, intellektual və vətənpərvər oyunların təşkilini də vacib sayıb. ?Qızılbaş? GMİB-nin sədri Elnur Məmmədli isə ?Azərbaycan gəncləri və Qarabağ problemi: təbliğat yolları? mövzusunda çıxış edib. O, ölkə gənclərinin vətənpərvər ruhda böyüməsi üçün birinci növbədə elektron KİV-də təbliğatın aparılmasını vacib sayıb. Qarabağ müharibəsi ilə bağlı peşəkar və psixoloji filmlərin çəkilməsini vacib sayan təşkilat rəhbəri bunun gənclərə müsbət təsir edəcəyini vurğulayıb. E. Məmmədli gəncərin vətənə bağlı olması üçün təbliğatın davamlı olaraq aparılmasının vacibliyini qeyd edib. Seminarda həmçinin, diskussiya təşkil olunub. Gənclər diskussiya zamanı müxtəlif maraqlı təkliflərlə çıxış ediblər. Sonda ?Qızılbaş? GMİB-nin rəhbərliyi gənclərin səsləndirdiyi təkliflərlə bağlı aidiyyatlı dövlət qurumlarına müraciət edilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, ?Qızılbaş? GMİB layihə çərçivəsində ötən ay Biləsuvar rayonunda da analoji tədbir keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA