Təhsil Nazirliyi məktəblərdə bezgünlük tədris həftəsinə çalızır

img

24-07-2009 [06:11]


Təhsil Nazirliyi yay tətili günlərində bəzi orta məktəblər üçün yeni binaların, digərləri üçün əlavə korpusların tikintisi və təmirə ehtiycı olan təhsil ocaqlarının bərpası işlərini həyata keçirir. Nazirliyin iqtisadiyyat şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yeni məktəb binaları və əlavə korpusların inşasında əsas hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. 2009-cu ilin sonunadək 100 məktəbin inşası, 100 məktəbin isə əsaslı təmiri nəzərdə tutulub. Bunun üçün büdcədən lazımi qədər maliyyə vəsaiti ayrılıb. Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Həmid Zeynalov bildirib ki, qəza vəziyyətində olan məktəb binalarının yenidənqurulması üçün bu il iyunun 23-də ölkə başçısı müvafiq sərəncam da imzalayıb. Həmin sərəncamla qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin binalarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 13 milyon manat məbləğində vəsait ayrılıb. H.Zeynalovun sözlərinə görə, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına ilin sonunadək paytaxtda və bölgələrdə qəza vəziyyətində olan 10-dan çox məktəb binası yenidən qurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA