Məleykə Abbaszadə IV ixtisas qrupuna keçirilən imtahanın nəticələrindən narazıdır

img

24-07-2009 [02:07]


"Ali məktəblərin IV ixtisas qrupuna keçirilən imtahanda 15218 abituriyent iştirak edib. İmtahanın nəticələrinə görə IV ixtisas qrupunun bütün ixtisasları üzrə 3666 abituriyent, Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisasları üzrə isə 3785 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak hüququ qazanıb". Bu sözləri jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu keşirdiyi mətbuat konfransıda deyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, M.Abbaszadə deyib ki, bu il IV ixtisas qrupunda orta bal 168-dir, bu ixtisas qrupunda olan idman ixtisaslarını çıxdıqda isə orta bal 190-198 təşkil edir. Komissiya sədri nəticələrdən razı qalmadığınl da dilə gətirib: ?Bu, yaxşı hal deyil. Biz istərdik ki, bu ixtisas qrupunda orta bal ən azı 250-300 olsun. Amma biz minimum imtahan balını aşağı salmadıq. Çünki bu ixtisas qrupunda plan yerləri azdır. IV ixtisas qrupunda olan hazırlıqlı uşaqlar kifayət qədər müsabiqə vəziyyəti yaradıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA